XƏBƏRLƏR

Siyasi elmlər kafedrasının müəllimləri ASAN xidmət mərkəzinin könüllülərinə təlim keçiblər

Siyasi elmlər kafedrasının müəllimləri ASAN xidmət mərkəzinin könüllülərinə təlim keçiblər

16 oktyabr 2023

Baxış sayı: 1118

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri Elvin Talışinski və kafedranın müəllimi Rafiq İbrahimov 1 saylı ASAN xidmət mərkəzinin könüllüləri üçün “Tarixdə Heydər Əliyev - dahi şəxsiyyətin siyasi görüşləri” mövzusunda təlim keçiblər.

Elvin Talışinskinin məruzəsi ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində ümummilli liderin rolu, xüsusilə 1990-cı ildə Moskvadakı çıxışı ilə xalqa verdiyi mesaj kimi mövzuları əhatə edib. 

Rafiq İbrahimov isə iştirakçılara ulu öndərin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında apardığı fəaliyyət, xarici siyasət strategiyası və Azərbaycanın zəfər tarixi haqqında məlumat verib. 

Qeyd edək ki, təlim “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR