XƏBƏRLƏR

Siyasi və ictimai elmlər kafedrasının müəllimi Gürcüstanda keçirilən konfransda iştirak edib

Siyasi və ictimai elmlər kafedrasının müəllimi  Gürcüstanda keçirilən konfransda iştirak edib

11 mart 2024

Baxış sayı: 726

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov Gürcüstan dövlətinin və Müftülüyünün birgə təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din: perspektivlər, problemlər və Ramazan” beynəlxalq konfransında məruzə ilə çıxış edib. 

“İctimai birliyin təminatçısı kimi din və Ramazan” adlı məruzədə dünyada baş verən siyasi, iqtisadi və ictimai bərabərsizliyin, o cümlədən ədalətsizliyin aradan qaldırılması üçün dostluğun, əməkdaşlığın, mədəni və dini əlaqələrin əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanda son illərdə yaradılan multikultural həyat və cəmiyyətin bütün fərqlilikləri arasında qurulan, dünyaya örnək ola biləcək tolerant mühitin varlığından bəhs edilib. Abbas Qurbanov konfrans iştirakçılarını söylənənləri öz gözləri ilə müşahidə etmələri üçün Azərbaycana dəvət edib. 

Qeyd edək ki, Batum şəhərində keçirilən konfransda Azərbaycan, Türkiyə və İrandan din xadimləri, Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universiteti, Karadeniz Texniki Universitetinin nümayəndələri iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR