XƏBƏRLƏR

Sorbonne Universitetinin professoru gender probleminə həsr olunan konfransda çıxış edib

Sorbonne Universitetinin professoru  gender probleminə həsr olunan konfransda çıxış edib

28 noyabr 2019

Baxış sayı: 2889

Fransanın Sorbonne Universitetinin professoru Louise Dalingwater Azərbaycan Universitetində keçirilən “Gender problemi və müasir Azərbaycan” beynəlxalq elmi konfransında plenar iclasında “Neoliberal islahatlar və iş yerində qadın məmnuniyyəti” mövzusunda məruzə ilə çıxış edib. Konfrans Böyük Britaniyanın Middlesex Universitetinin  tərəfdaşlığı ilə təşkil olunub.  

Louise Dalingwater çıxışında neoliberalizm və neoliberal siyasətin ziddiyətləri və müsbət cəhətləri, neoliberalizm və bazar iqtisadiyyatı, gender bərabərsizliyi və əmək bazarına təsirləri, qadınların əmək bazarında iştirakı, Sorbonne Universitetinin bu sahədə apardığı tədqiqatın nəticələri haqqında məlumat verib, Fransa və İngiltərənin əmək bazarının vəziyyətini təhlil edərək, mənzərəni rəqəmlərlə təqdim edib.  

Məruzədə qeyd olunub ki, tədqiqat aparılan ölkələrin əmək bazarında gender problemləri mövcuddur və neoliberal politikalar əmək bazarında qeyri-bərabər vəziyyət yaradır. Çıxışda əmək bazarındakı gender bərabərsizliyinin aradan qaldırılması üçün ehtiyac duyulan islahat və təkliflər də irəli sürülüb.

Qeyd edək ki, Sorbonne Universiteti dünya universitetlərinin reytinq siyahısında həmişə ilk onluğa daxil olur. Professoru Louise Dalingwater gender və ona yaxın sahələr üzrə tanınmış mütəxəssisdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.11.2019

DİGƏR XƏBƏRLƏR