XƏBƏRLƏR

Sosial iş fakültəsinin tələbələri təşəkkürnamə ilə təltif olunublar

Sosial iş fakültəsinin tələbələri təşəkkürnamə ilə təltif olunublar

02 noyabr 2017

Baxış sayı: 9727

Azərbaycan Universitetinin Sosial iş fakültəsinin “Əlil arabası istifadəçiləri üçün fəal reabilitasiya məktəbi” adlı tədbirdə könüllü kimi iştirak edən tələbələri təşəkkürnamə ilə təltif olunublar. Təşəkkürnamələr tələbələrə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov və “Buta” Humanitar Uşaq Təşkilatının sədri Nazim İbadov tərəfindən təqdim olunub.

Tədbir sentyabr ayında Dənizkənarı Milli Parkda “Əlilliyi olan insanlara bərabərlik üzrə vəkillik: Maneəsiz mühit” adlı layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Dənizkənarı Bulvar İdarəsinin təşkilatı dəstəyi, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı üzrə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.11.2017

DİGƏR XƏBƏRLƏR