XƏBƏRLƏR

Sosial iş fakültəsinin tələbələrindən əlil arabası istifadəçilərinə dəstək

Sosial iş fakültəsinin tələbələrindən əlil arabası istifadəçilərinə dəstək

20 sentyabr 2017

Baxış sayı: 6335

Azərbaycan Universitetinin “Əlil arabası istifadəçiləri üçün fəal reabilitasiya məktəbi” adlı tədbirdə könüllü kimi iştirak edəcək tələbələri ilə təlimatlandırma görüşü keçirilib. Görüşdə Sosial iş fakültəsinin tələbəsi olan könüllülərə tədbirdəki rol və vəzifələri, tədbir zamanı əlilliyi olan şəxslərə konkret dəstəyin nümayişi - əlil arabası ilə davranış haqqında məlumat verilib. Tədbirdə həmçinin əlilliyin dərki, əlillik təsnifatı, əlillik etiketi, ətraf mühitin müyəssərliyi, müstəqil həyat fəlsəfəsi kimi mövzular ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Tədbirdə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov, “Buta” Humanitar Uşaq Təşkilatının sədri Nazim İbadov, təşkilatın sədr müavini Mətanət Quliyeva, Avrasiya Əməkdaşlıq Fondunun proqram meneceri Gülnarə İsmayılıova iştirak edib.

Tədbir 26 sentyabr tarixində Dənizkənarı bulvarda “Əlilliyi olan insanlara bərabərlik üzrə vəkillik: Maneəsiz mühit” adlı layihə çərçivəsində təşkil olunacaq. Tədbirə saat 17.30-da start verilməsi planlaşdırılır.  

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Dənizkənarı Bulvar İdarəsinin təşkilatı dəstəyi, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı üzrə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən təşkil olunacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi
20.09.2017


DİGƏR XƏBƏRLƏR