XƏBƏRLƏR

Sosial iş təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması müzakirə olunub

Sosial iş təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması müzakirə olunub

25 aprel 2018

Baxış sayı: 4005

Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti Annamaria Campanini Sosial işin təşkili kafedrasının qonağı olub. Tədbirdə Azərbaycan Universitetini Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib. Görüşdə Azərbaycan Sosial iş İctimai Birliyinin icraçı direktoru Lamiyə Rzayeva da iştirak edib.

Tədbirdə Sosial iş təhsilinin milli standartlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Universitetinin beynəlxalq birliyə üzvlüyü də müzakirə mövzusu olub və nümayəndələrimizə təşkilata üzv olmağın üstünlükləri haqqında məlumat verilib.

Qeyd edək ki, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası 1928-ci ildə yaradılıb. Qurumun başlıca missiyası dünya miqyasında sosial iş təhsilini təmsil və təşviq etmək, sosial iş təhsili sahəsində qlobal standartları hazırlamaq, sosial iş müəllimlərinin və sosial işçilərin birliyini yaratmaq və bu kimi məsələlərdən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.04.2018


DİGƏR XƏBƏRLƏR