XƏBƏRLƏR

Sosial işin təşkili kafedrası Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirib

Sosial işin təşkili kafedrası Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirib

11 oktyabr 2022

Baxış sayı: 5435

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrası tərəfindən 11 oktyabr – Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva açıb. Kafedra müdiri qeyd edib ki, Beynəlxalq Qızlar Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etdiyi qətnamə ilə 2011 - ci ildə təsis olunub. Beynəlxalq Qızlar Gününün məqsədi diqqəti qızların üzləşdiyi problemlərin həllinə, onların səlahiyyətlərinin artırılmasına və hüquqlarının müdafiəsinə yönəltməkdir. 

Açılış nitqinin ardından Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri, “Sağlam Təhsil – Sağlam Millət” layihəsinin ekspert-məsləhətçisi, “Tam orta təhsil müəssisələrində təhsil alan uşaq və yeniyetmələrin sağlamlığının monitorinqi” layihəsinin mütəxəssislər qrupunun rəhbəri, tibb elmləri namizədi, dosent Şəhla Balayeva çıxış edib. Şəhla Balayevanın çıxışı gənc qızlar üçün reproduktiv sağlamlığın aktual məsələləri, qızların səmərəli qidalanması, fiziki fəallıq, gənc qızların cinsi sağlamlığı, psixoloji durum və düşüncə tərzi, sağlam həyat tərzi, ailə planlaşdırılmasında qız övladlarının rolu kimi mövzuları əhatə edib. 

Daha sonra Sosial işin təşkili kafedrasınınn müəllimi Nigar Şahhüseynbəyova çıxış edərək bildirb ki, qızların təkcə yeniyetməlik illərində deyil, irəlidəki yaşlarda da təhlükəsizlik, təhsil və sağlam həyat hüquqları var. Yeniyetməlik dövründə dəstəklənən qızlar dünyanı dəyişdirmək potensialına malikdirlər. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR