XƏBƏRLƏR

Sosial işin təşkili kafedrasında təhsil proqramları müzakirə olunub

Sosial işin təşkili kafedrasında təhsil proqramları müzakirə olunub

21 iyun 2024

Baxış sayı: 527

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və Yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, “Orvita” Psixologiya və Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oqtayqızı, “Ümidli Gələcək” İctimai Birliyinin sədri Kəmalə Aşumova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin və kafedranın müəllimlərinin iştirakı ilə keçirilən görüşdə təhsil proqramları müzakirə olunub.

Müzakirə zamanı  təhsil proqramlarının əmək bazarının tələbələrinə və müasir standartlara uyğunlaşdırılması; ixtisas sahələri ilə bağlı yeni texnologiya və metodların proqramlara daxil edilməsi; təhsil proqramlarına bir sıra yeni kompetensiyaların əlavə edilməsi; problem həll etmə və analitik bacarıqların inkişafı, kommunikasiya və empatiyanın tənzimlənməsi kimi yumşaq bacarıqlarla bağlı kompetensiyaların təhsil proqramlarında da öz əksini tapması; ixtisasla bağlı tələb olunan bacarıq və səriştələrin təhsil proqramlarında ətraflı şəkildə əks olunması və bu kimi məsələlərə toxunulub.  

Görüşdə qeyd olunub ki, təhsil proqramları standartlara uyğun formada hazırlanıb və təhsilin çağdaş tələblərinə qismən cavab verir. Bunu nəzərə alaraq əmək bazarının tələblərinə uyğun bir sıra bacarıq və kompetensiyalar təhsil proqramlarında öz əksini tapmalı və Humanitar fənlər fakültəsinin Elmi Şurası qarşısında vəsatət qaldırılmalıdır.   

Qeyd edək ki, Sosial işin təşkili kafedrasında bakalavriat səviyyəsi üzrə Təhsildə sosial-psixoloji xidmət, Sosial iş, Korreksiyaedici təlim ixtisaslarının, magistratura səviyyəsi üzrə isə Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Gənclərlə iş və Təhsildə sosial-psixoloji xidmət ixtisaslaşmalarının kadr hazırlığı aparılır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR