XƏBƏRLƏR

Sosioloq Əhməd Mansurov Sosial iş tələbələrinə mühazirə oxuyub

Sosioloq Əhməd Mansurov Sosial iş tələbələrinə mühazirə oxuyub

07 may 2019

Baxış sayı: 4034

“Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri, sosioloq Əhməd Mansurov qonaq mühazirəçi qismində Sosial iş tələbələrinin qonağı olub. Sosioloq III kurs tələbələrinə “Zorakılıq və məişət zorakılığı” mövzusunda mühazirə oxuyub.

Qonaq qeyd edib ki, məişət zorakılığı yalnız ailə üçün deyil, cəmiyyət üçün də böyük problemdir. Bu səbəbdən mübarizə də olduqca mürəkkəb bir proses olub, məqsədyönlü yanaşma tələb edir.  

Mühazirə zorakılıq anlayışı, səbəbləri, növləri, əlamətləri, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tətbiqi və başqa bu kimi mövzuları əhatə edib. Dərsdə “Məişət zorakılığına məruz qalmış şəxslərə necə kömək göstərilməlidir” sualına cavab axtarılıb, mövzuya dair keyslər müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.05.2019


DİGƏR XƏBƏRLƏR