XƏBƏRLƏR

Tarixçi tələbələr Qobustanda ekskursiyada olublar

Tarixçi tələbələr Qobustanda ekskursiyada olublar

22 oktyabr 2019

Baxış sayı: 3225

Azərbaycan Universitetinin tarix ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Qobustan Milli Tarix-Bədii Qoruğunda ekskursiyada olublar. İctimai elmlər kafedrası tərəfindən təşkil olunan ekskursiyada tələbələrə kafedranın müdiri prof. Qabil Əliyev, kafedranın müəllimləri Rəşad Abaslı və Salman İbişov rəhbərlik ediblər.

Tələbələr əvvəlcə qoruq ərazisində inşa edilmiş muzeylə tanış olublar. Muzeyin zallarını gəzərək burada sərgilənən eksponatlar ilə tanış olan tələbələrə Azərbaycanın qədim tarixinin yadigarlarından olan Qobustan qayaüstü rəsmləri, mağaralar və digər arxeoloji abidələr haqqında ətraflı məlumat verilib, maraqlı faktlar təqdim olunub.

Müəllim-tələbə heyəti muzey ziyarətinin ardından Qobustan qayalarındakı rəsm və təsvirləri əyani müşahidə ediblər. Burada tələbələrə Qobustan qaya təsvirləri əsasında Azərbaycanın qədim dövr tarixi ilə bağlı ətaflı məlumat verilib.

Qeyd edək ki, Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.10.2019

DİGƏR XƏBƏRLƏR