XƏBƏRLƏR

Tələbə Elmi Cəmiyyətinin karyera təlimləri yekunlaşdı

Tələbə Elmi Cəmiyyətinin karyera təlimləri yekunlaşdı

23 may 2018

Baxış sayı: 4505

Biznes və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən tələbələri iş həyatına hazırlamaq və praktik vərdişlər aşılamaq məqsədilə təşkil olunan təlimlər yekunlaşıb. Təlimləri başa vuran tələbələr üçün sertifikasiya mərasimi təşkil olunub.

60 tələbənin iştirak etdiyi təlimlər düzgün CV hazırlanması, iş müsahibələrinə və iş mühitinə psixoloji hazırlıq, xaricdə təhsil, motivasiya, bədən dili, işgüzar səmərəlilik və bu kimi mövzuları əhatə edib.

“Oskar Education and Consulting” şirkətinin rəhbəri Hikmət Səfərov “Xaricdə təhsil” mövzusunda, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin tədris məsələləri üzrə müşaviri Anar Məmmədov “İşgüzar səmərəlilik” mövzusunda, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Natiq Məmmədov “Motivasiya” mövzusunda,  “Orkhanway Coaching” şirkətinin təsisçisi Orxan Şahbaz “Bədən dili”, Fəxrəddin Abdullayev “Effektiv CV necə hazırlanmalıdır” mövzusunda təlim keçib.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.05.2018

DİGƏR XƏBƏRLƏR