XƏBƏRLƏR

"Tech-Tech Xanim" layihəsinin təqdimatı keçirilib

21 oktyabr 2016

Baxış sayı: 5304

Azərbaycanda xanımların peşəkar və şəxsi inkişafına dəstək üçün yaradılan  “WoWoman” platformasının “Tech-Tech Xanim” layihəsinin Azərbaycan Universitetində təqdimatı keçirilib.  Təqdimat platformanın layihə meneceri Kəmalə İsmayılova tərəfindən aparılıb.

Universitetin xanım tələbələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, informasiya texnologiyaları sahəsinin sürətli inkişafına baxmayaraq, Azərbaycanda xanımların  İKT sahəsindəki payı xeyli azlıq təşkil edir. “Tech-Tech xanim” layihəsi məhz xanımların informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması üçün yaradılıb. Layihə xanımların İKT bacarıqlarını inkişaf etdirməklə onlara müasir iş mühitində tam dəstək olur.

Tədbirdə iştirakçılara “Tech-Tech Xanim” layihəsinin proqramı, layihə çərçivəsində təşkil olunan master-klass, qısa və uzun müddətli kurslar, təlimlər, təcrübə proqramları, “workshop” və yay məktəbi, həmçinin layihənin təlimçiləri və iştirak şərtləri haqqında məlumat verilib.

Tədbirdə layihənin PR meneceri Fatimə Rzayeva öz təcrübəsini tələbələrlə bölüşüb.

Sonda qonaqlar tələbələrin suallarını cavablandırıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
21.10.2016

DİGƏR XƏBƏRLƏR