XƏBƏRLƏR

Təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu başlayıb

Təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu başlayıb

10 iyun 2024

Baxış sayı: 186

Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə! 

Azərbaycan Universiteti 2024/2025-ci tədris ili üçün təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir. Sənədlərin qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ saytı vasitəsilə elektron qaydada həyata keçirilir və 30 avqust 2024-cü il saat 18.00-da başa çatacaq. 

Azərbaycan Universitetində təkrar ali təhsil yalnız ödənişli formada; təkrar ali təhsil almaq istəyən şəxs və ya onun işlədiyi idarə və təşkilatlarla bağlanmış müqavilə əsasında; qiyabi təhsil formasında (axşam və ya gündüz növbəsi, həftənin 6 günü) aşağıdakı ixtisaslar üzrə təşkil olunur:

  • İnformasiya texnologiyaları 
  • Biznesin idarə edilməsi 
  • Marketinq 
  • Mühasibat 
  • Sosial iş 
  • Turizm işinin təşkili 

Təhsil haqqı bütün ixtisaslar üzrə Azərbaycan vətəndaşları üçün illik 2000 (AZN) manat; əcnəbilər üçün 3400 (AZN) manatdır. Təhsil Azərbaycan və ingilis dillərində aparılır.

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsilə təqdim etdikdən sonra office@au.edu.az elektron poçtuna göndərməlidirlər. Sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Xarici ölkələrdə ali təhsil almış şəxslər, əcnəbilər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 

Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

  • Rektorun adına ərizə
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
  • Əmək kitabçasından çıxarış (zəruridir)
  • İş yerindən arayış
  • 4 ədəd 3x4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış

Daha ətraflı məlumat üçün: 

  İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR