XƏBƏRLƏR

Tələbə Gənclər Təşkilatı müəllimləri təbrik edib

Tələbə Gənclər Təşkilatı müəllimləri təbrik edib

05 oktyabr 2018

Baxış sayı: 4122

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə hazırladıqları xüsusi açıqca ilə müəllimləri təbrik edib, xoş arzularını bildiriblər.

TGT üzvləri rektor Səadət Əliyevanın qəbulunda olub, müəllimlərin peşə bayramı münasibətilə təbriklərini çatdırıblar. Tələbələrlə söhbət edən rektor xüsusi hazırlıq və diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Müəllimlər Günü 1994-cü ildə UNESCO tərəfindən təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması ilə müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkilməsi nəzərdə tutulur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
05.10.2018


DİGƏR XƏBƏRLƏR