XƏBƏRLƏR

Tələbə Nərmin Səmidovanın məqaləsi beynəlxalq elmi jurnalda çap olunub

Tələbə Nərmin Səmidovanın məqaləsi  beynəlxalq elmi jurnalda çap olunub

10 mart 2026

Baxış sayı: 311

Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının II kurs tələbəsi Nərmin Səmidovanın “Types of Terrorism and Their Role in Modern Global Security” adlı məqaləsi “Vestnik nauki” (Вестник науки) beynəlxalq jurnalının 2026-cı il üzrə 3-cü nömrəsində çap olunub. Tələbə məqaləni Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədovanın elmi rəhbərliyi ilə hazırlayıb. 

Məqalədə müasir dövrdə terrorizmin müxtəlif növləri və onların qlobal təhlükəsizlik sisteminə təsiri geniş şəkildə təhlil edilir. Tədqiqat çərçivəsində terrorizmin siyasi, dini, etnik və kiber terrorizm kimi əsas formaları araşdırılır, bu fəaliyyətlərin beynəlxalq münasibətlərə, dövlətlərin daxili sabitliyinə və regional təhlükəsizlik mühitinə yaratdığı təhlükələr elmi əsaslarla izah olunur.

Məqalədə qeyd olunur ki, qloballaşma prosesləri və informasiya texnologiyalarının sürətli inkişafı terror fəaliyyətinin həm formalarını, həm də təsir imkanlarını genişləndirib. Bu baxımdan terrorizm artıq yalnız ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin əsas çağırışlarından biri kimi qiymətləndirilir. Məqalədə həmçinin terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın, hüquqi mexanizmlərin və təhlükəsizlik strategiyalarının gücləndirilməsinin vacibliyi vurğulanır.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR