XƏBƏRLƏR

Təhsil Tələbə Krediti Fondu Azərbaycan Universitetində infosessiya keçirib

Təhsil Tələbə Krediti Fondu Azərbaycan Universitetində infosessiya keçirib

31 oktyabr 2023

Baxış sayı: 1006

Təhsil Tələbə Krediti Fondu tərəfindən Azərbaycan Universitetinin ödənişli əsaslarla təhsil alan tələbələri üçün infosessiya keçirilib. 

Tədbirdə fondun əməkdaşı Aysel Hacıyeva qurumun yaradılmasının məqsədi, fondun fəaliyyət istiqamətləri, tələbə kreditinə müraciət qaydaları, tələbə kreditinin növləri və verilməsinin meyarları haqqında geniş təqdimatla çıxış edib. 

Aysel Hacıyeva çıxışında kreditin verilməsinə dair tələblər haqqında tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib, həmçinin onları maraqlandıran sualları cavablandırıb. 

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu prezident İlham Əliyevin fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Fondun missiyası təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaqdır.  Təhsil tələbə kreditlərinin verilməsinə 2021-ci ilin noyabr ayından başlanıb. 2023/2024-cü tədris ilinin payız semestri üzrə 8 min 319 tələbə kredit üçün müraciət edib, onlardan 5 min 582 nəfərin müraciəti rəsmiləşdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR