XƏBƏRLƏR

AXC-nin 100 illiyinə həsr olunmuş inşa müsabiqəsi elan olunur

AXC-nin 100 illiyinə həsr olunmuş inşa müsabiqəsi elan olunur

04 may 2018

Baxış sayı: 5010

Azərbaycan Universitetinin tələbələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan Respublikası AXC-nin varisidir” adlı inşa müsabiqəsi elan olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd dövlətçilik tariximizin və cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması, tələbələrin ədəbi yaradıcılıq sahəsindəki istedad və qabiliyyətlərinin üzə çıxarılmasıdır.

Tələbələr “Xalq Cümhuriyyəti ideologiyası və müasir Azərbaycan” və “Xalq Cümhuriyyəti ideologiyasının müasir ədəbiyyatda bədii təcəssümü” mövzularında hazırladıqları inşaları özləri haqqında məlumatla birlikdə (ad, soyadı, ata adı, ixtisası, əlaqə telefonu) mövzu qisminə “AXC-100, İnşa müsabiqəsi” yazmaqla 20 may 2018-ci il saat 23.59-a qədər ulviyya.rahimova@au.edu.az ünvanına göndərməlidirlər. İnşa yazılarının həcmi 2-3 səhifədən ibarət olmalıdır.

Müsabiqəyə təqdim olunmuş işlər tarixi faktlardan istifadə, fikrin aydın şəkildə ifadə edilməsi, ədəbi dilin yazı qaydaların riayət edilməklə tərtib olunması, orijinal yanaşma kimi kriteriyalara əsasən dəyərləndiriləcəkdir.

Müsabiqədə ilk üç yeri tutan tələbələr 25 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə sertifikatla mükafatlandırılacaqlar.  

İctimaiyyətlə əlaqələr şöbəsi
04.05.2018

DİGƏR XƏBƏRLƏR