XƏBƏRLƏR

Tələbələrimiz müsabiqədə fərqlənmə sertifikatına layiq görülüblər

Tələbələrimiz müsabiqədə fərqlənmə sertifikatına layiq görülüblər

16 dekabr 2021

Baxış sayı: 1557

Azərbaycan Universiteti “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVII Azərbaycan Birinciliyi)  5 komanda ilə təmsil olunub. Müsabiqənin nəticələrinə görə 3 komandamız fərqlənmə sertifikatına layiq görülüb.

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə onlayn formada baş tutan müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda iştirak edib. Hər komanda 3 tələbə və komanda rəhbərindən ibarət olub.

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

2022-ci ildə keçiriləcək “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları yanvar ayında elan olunacaq.

Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir. 45-ci ICPC 2020-2021 statistikasına görə son müsabiqədə 115 ölkənin 3000-ə yaxın ali təhsil müəssisəsindən 60000-ə yaxın tələbə iştirak etmişdir. Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2005-ci ildən etibarən mütəmadi olaraq iştirak etməkdədirlər.

Komandaların üzvləri və rəhbərləri

Azerbaijan U_02 komandası

Komandanın rəhbəri: Asif Pashayev (Riyaziyyat və informatika kafedrası)

  • Amin Ağayev
  • Sənan İsmayılov
  • Eyvaz Bayramov

Azerbaijan U_03 komandası

Komandanın rəhbəri: Asif Pashayev (Riyaziyyat və informatika kafedrası)

  • Sadatxan Cahangirli
  • Fərid Təhməzov
  • Arzu Nüsrətova

Azerbaijan U_05 komandası

Komandanın rəhbəri: Əbilhəsən Əhmədov (Riyaziyyat və informatika kafedrası)

  • Məhəmməd Behbudov
  • Qurban Soltanov
  • Aliyə İsmayılova

İctimaiyyətlə əlaqələr şöbəsi
16.12.2021

DİGƏR XƏBƏRLƏR