XƏBƏRLƏR

Tələbələr üçün karyera yüksəlişinə həsr olunmuş növbəti mühazirə keçirilib

Tələbələr üçün karyera yüksəlişinə həsr olunmuş növbəti mühazirə keçirilib

23 aprel 2019

Baxış sayı: 3458

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün növbəti fərdi inkişaf mühazirəsi təşkil olunub. Karyera yüksəlişinin planlaşdırılmasına həsr olunmuş mühazirəni gənc azərbaycanlı auditor, “Deloitte” şirkətinin Avstraliya üzrə nümayəndəliyinin əməkdaşı Elnur Fətullayev aparıb.

“Deloitte” ilə birlikdə böyük audit dördlüyünə daxil olan "Ernst&Young" şirkətində də təcrübəsi olan Elnur Fətullayev tələbələrə karyera planlaşdırılmasının əhəmiyyəti, karyera yüksəlişi üçün hədəf və məqsədlərin düzgün müəyyənləşdirilməsi haqqında danışıb, seçdikləri ixtisasa dərindən yiyələnmələrini tövsiyə edib, öz uğur hekayəsini bölüşüb.

Qonaq tələbələrə böyük dördlük şirkətlərində təcrübə ilə bağlı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.04.2019


DİGƏR XƏBƏRLƏR