XƏBƏRLƏR

Tələbələr üçün “Karyerada ilk addım” təlimi keçirilib

Tələbələr üçün “Karyerada ilk addım” təlimi keçirilib

25 dekabr 2019

Baxış sayı: 3028

Azərbaycan Universitetinin tələbələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən “Karyerada ilk addım” adlı təlim keçirilib.

Təlimçi Əhəd Kazımlının apardığı təlim məzun və tələbələrin əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədi daşıyır.

Təlimdə tələbələrin hazırkı iş həyatında və gələcək karyeralarında düzgün və uğurla irəliləmək, idarəetmə bacarıqlarına sahib olmaq üçün zəruri məlumatlar verilib.

Təlim universitetdə təhsil müddətində ixtisas üzrə təcrübə və staj keçmə imkanlarının araşdırılması, ictimai işlərdə iştirak, könüllülük təcrübəsi, peşəkar karyeranın təməli və inkişaf etdirilməsi, komandanın qurulması, təqdimat bacarıqları, CV hazırlama və müsahibəyə hazırlıq qaydaları kimi mövzuları əhatə edib.

İnteraktiv keçirilən təlimdə tələbələr bacarıqların təhlil edilməsi və karyera planlaması ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.12.2019

DİGƏR XƏBƏRLƏR