XƏBƏRLƏR

Tələbələr üçün “Öz səsini kəşf et” proqramının təqdimatı keçirilib

Tələbələr üçün “Öz səsini kəşf et” proqramının təqdimatı keçirilib

25 oktyabr 2019

Baxış sayı: 2940

Azərbaycan Universitetinin tələbələri üçün “Baku IdeaLab”ın “Öz səsini kəşf et” proqramının “Öz şəhərini dəyiş”, “O mənim qəhrəmanımdır”, “Sosial biznes məktəbi” adlı layihələrinin təqdimatı keçirilib. Təqdimatı “Baku IdeaLab” sosial layihəsinin icma meneceri Fatma İsmayılova aparıb.

Tədbirdə “Baku IdeaLab”ın fəaliyyəti, məqsədi, proqram və layihələri haqqında məlumat verilib. Bildirilib ki, hər üç layihədə Bakı və Sumqayıtda yaşayan 18-30 yaş arasında gənc qadınlar iştirak edə bilər.

“Öz şəhərini dəyiş” layihəsi 80 nəfər gənc qadına sosial iştirakçılıq və layihə idarəetməsi barədə lazımi bilik və bacarıqları vermək məqsədi daşıyır. “O Mənim Qəhrəmanımdır” layihəsinin məqsədi sosial biznesini qurmaq istəyən 80 nəfər gənc qadına vizual hekayələrin yaradılması üçün lazımlı praktiki bacarıqları öyrətmək, video çarx və foto nümunələri hazırlamalarına dəstək verməkdir. “Sosial biznes məktəbi” layihəsi çərçivəsində isə 40 nəfər gənc qadına sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqlar öyrədiləcək və öz sosial bizneslərini qurmaqda dəstək göstəriləcək.

Tədbirdə iştirakçılara müraciət qaydaları haqqında da məlumat verilib, suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.10.2019

DİGƏR XƏBƏRLƏR