XƏBƏRLƏR

Tələbələr arasında X Daxili Şahmat Turniri keçirilib

Tələbələr arasında X Daxili Şahmat Turniri keçirilib

08 dekabr 2023

Baxış sayı: 963

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş X Daxili Şahmat Turniri keçirilib. 30 tələbənin iştirak etdiyi yarış “blts sistem”  üzrə təşkil olunub. Tələbələr turnirdə fərdi şəkildə mübarizə aparıblar. 

Turnirin qalibi Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə təhsil alan V kurs tələbəsi Mirhüseyn Rövşən oğlu Ağayev olub. İkinci yeri bu fakültənin Maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rəsul Elxan oğlu Quliyev, üçüncü yeri isə Humanitar fənlər fakültəsinin Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbəsi Gülüstan İntiqam qızı Quluyeva tutub. 

Qaliblər kubok və sertifikatla mükafatlandırılıb.

Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR