XƏBƏRLƏR

Tələbələr üçün “CV-mi necə yazım” mövzusunda təlim keçirilib

Tələbələr üçün “CV-mi necə yazım” mövzusunda təlim keçirilib

07 dekabr 2022

Baxış sayı: 8200

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrası tələbələrin iş dünyasına hazırlanması məqsədilə karyera istiqamətli silsilə təlimlərini davam etdirir. Növbəti belə təlim “CV-mi necə yazım” mövzusuna həsr olunub. Biznes və iqtisadiyyatyönümlü  ixtisaslarda təhsil alan tələbələrin iştirak etdiyi təlimi kafedranın müəllimi Tərlan Rəsulov aparıb. 

Tədbiri kafedranın müdiri Tural Qocayev açaraq təlimin mövzusu və əhəmiyyəti ilə bağlı qısa məlumat verib. Kafedra müdiri qeyd edib ki, düzgün tərtib olunmuş CV iş axtarışında mühüm rol oynayır. 

Daha sonra Tərlan Rəsulov CV-lərin düzgün tərtib edilməsi qaydalarını çatdırıb.   Yığcamlıq, düzgünlük, ardıcıllıq, unikallıq, mükəmməl yazı stili, dəqiq ifadələrdən istifadə etmək, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməmək kimi təfərrüatlara toxunub. Müəllim həmçinin tələbələrə CV tərtib etmək üçün onlayn resurslardan istifadə haqqında da məlumat verib. 

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR