XƏBƏRLƏR

Filologiya tələbələri “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar

Filologiya tələbələri “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar

20 fevral 2025

Baxış sayı: 165

Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbələri Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayıblar. 

İstehsalat təcrübəsinin ilk günündə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ulduz” jurnalı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı və təcrübəçi tələbələrin iştirakı ilə poeziya tədbiri keçirilib. Tədbirdə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, jurnalın şöbə redaktoru Taleh Mansur, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, sədr müavini Ayşən Rəhim, Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova da iştirak edib.

Tədbirdə şairlər Taleh Mansur, İntiqam Yaşar və Ayşən Rəhim öz şeirlərini səsləndirib, yaradıcılıqları və Azərbaycan ədəbi mühiti haqqında tələbələrin suallarını cavablandırıblar.  

Tədbir müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR