XƏBƏRLƏR

Tələbələrimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təcrübə keçir

Tələbələrimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təcrübə keçir

05 aprel 2022

Baxış sayı: 1133

Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələri diplomqabağı istehsalat təcrübəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirlər. Tələbələr mərkəzdə fiziki və əqli əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri, valideyn himayəsindən məhrum olan, kimsəsiz və baxımsız uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış şəxslər və onların ailələri, qaçqın və məcburi köçkün, habelə şəhid ailələrindən olan uşaqlar və onların ailə üzvləri, uşaq müəssisələrində olan uşaqlar və onların ailə üzvləri, zorakılığa məruz qalan şəxslər, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər, tək valideyni (qəyyum və himayəçisi) olan uşaqlar, aztəminatlı ailələrlə çalışırlar. Həmçinin benefisiarlarla praktiki iş prosesində iştirak edir, təlimçi olaraq təlimlər keçir, ailələrə səfərlər həyata keçirirlər.

İstehsalat təcrübəsi 24 may 2022-ci il tarixində yekunlaşacaq. Mərkəzdə təcrübə keçən tələbələrin sayı 7-dir və təcrübə rəhbəri p.ü.f.d Tünzalə Verdiyevadır.

Qeyd edək ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi - Alternativ qayğı modelində, icmada risk qruplarından olan uşaq, qadın və ailələrə göstərilən dəstəyi özündə birləşdirən, xidmətdən kənar, lakin xidmətə yönəldən, icmada mövcud olmayan xidmətlərin ilkin formada əhaliyə çatdırılmasına yönələn, fors major situasiyalarda lazım dəstəyi və fəaliyyəti həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Dövlət Komitəsinin tabeçiliyinə verilmişdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.04.2022

DİGƏR XƏBƏRLƏR