XƏBƏRLƏR

Tələbələrimiz beynəlxalq konfransda məruzə ilə iştirak edib

Tələbələrimiz beynəlxalq konfransda məruzə ilə iştirak edib

29 aprel 2019

Baxış sayı: 4295

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin doqquz tələbəsi Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Tədqiqatçı Gənclərin Beynəlxalq Konfransı”nda məruzə ilə iştirak edib. Bu ali məktəbin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə İqtisadiyyat fakültəsində keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.

Tələbələr Həsrətli Ləman, Musayeva Mədinə, Mehdiyeva Ülviyyə, Məmmədova Rübabə, Bayramzadə İlahə, Mikayılova Afət, Novruzlu Elbəy, Sədiyeva Vəfa və Vəliyev Tuncay konfransa Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Zeynəb Qiyasovanın rəhbərliyində hazırlaşıblar.

Konfransın işi beynəlxalq iqtisadiyyat, iqtisadiyyat və maliyyə, iqtisadiyyat, beynəlxalq münasibətlər, ekologiya, turizm və otelçilik, humanitar elmlər olmaqla yeddi bölmədə təşkil olunub. Tədbirin bölmə iclaslarında Həsrətli Ləman “Kənd təsərrüfatının inkişafında subsidiyaların rolu”, Musayeva Mədinə “Azərbaycan iqtisadiyyatında turizmin rolu”, Mehdiyeva Ülviyyə “Azərbaycanın sənaye potensialı və onun inkişaf perspektivləri”, Məmmədova Rübabə “Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu”, Bayramzadə İlahə “Kənd turizminin potensialı və onun inkişaf problemləri”, Mikayılova Afət “Dünyada ekologiya problemi”, Novruzlu Elbəy “Ekoloji problemlər və ekoloji siyasət”, Sədiyeva Vəfa “Müasir dövrdə əlverişli investisiya mühitinin yaradılması”, Vəliyev Tuncay “İnflyasiyanın yaranma səbəbləri və ondan çıxış yolları” mövzusunda məruzə ediblər.

Tədbirin sonunda konfransda iştirak edən tələbələrə sertifikatlar və konfransın tezis materiallarının çap olunduğu toplu təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.04.2019


DİGƏR XƏBƏRLƏR