XƏBƏRLƏR
Tələbələrimiz beynəlxalq müsabiqədə üçüncü dərəcəli diploma layiq görülüblər
Azərbaycan Universiteti “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVI Azərbaycan Birinciliyi) 3 komanda ilə təmsil olunub. Hər 3 komandamız müsabiqənin üçüncü dərəcəli diplomuna layiq görülüb.
Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə onlayn formada baş tutan müsabiqədə Azərbaycanın 16 ali təhsil müəssisəsindən 63 komanda iştirak edib. Hər komanda 3 tələbə və komanda rəhbərindən ibarət olub.
Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qaydada https://official.contest.yandex.ru/az2020/contest/23211/standings?p=1 saytı vasitəsilə aparılıb.
Müsabiqənin nəticələrinə uyğun olaraq müvəffəqiyyət qazanmış 34 komanda bu ilin 13 dekabr tarixində onlayn keçiriləcək “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.
Komandaların üzvləri və rəhbərləri
AU_1 komandası
Komandanın rəhbəri: Əbilhəsən Əhmədov (Riyaziyyat və informatika kafedrası)
Amin Qafarov (Kompüter mühəndisliyi, bakalavriat)
Zümrüd Gərayeva (Kompüter mühəndisliyi, bakalavriat)
Mədinə Məmmədli (Kompüter mühəndisliyi, bakalavriat)
AU_2 komandası
Komandanın rəhbəri: Asif Paşayev (İKT fakültəsinin dekanı)
Kənan Qurbanlı (Kompüter mühəndisliyi, magistratura)
Sədayə İbrahimova (Kompüter mühəndisliyi, bakalavriat)
Məhəmməd Behbudov (Kompüter mühəndisliyi, bakalavriat)
AU_4 komandası
Komandanın rəhbəri: Əbilhəsən Əhmədov (Riyaziyyat və informatika kafedrası)
Xəyal İsmayılov (Kompüter mühəndisliyi, bakalavriat)
Səbinə Qəniyeva (Kompüter mühəndisliyi, bakalavriat)
Ayxan Tağıyev (Kompüter mühəndisliyi, bakalavriat)
İctimaiyyətlə əlaqələr şöbəsi
03.12.2020