XƏBƏRLƏR

Tələbələrimiz Dövlət Pantomima Teatrında tamaşa izləyib

Tələbələrimiz Dövlət Pantomima Teatrında tamaşa izləyib

07 may 2019

Baxış sayı: 3352

Azərbaycan  Universiteti Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət  göstərən  “Empatiya “klubunun təşəbbüsü, Azərbaycan dili  və ədəbiyyat kafedrasının dəstəyi ilə Tərcümə (İngilis dili), Sosial iş, və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarında təhsil alan tələbələrin Azərbaycan Dövlət Pantomima Teatrında  “Undergraund”(Yeraltı) tamaşasına baxışı təşkil olunub.

Teatrın repertuarında xüsusi yer tutan yeni "Underground” tamaşası aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir. Tələbələrin böyük marağına səbəb olan tamaşanın məqsədi XXI əsrin bəlası olan narkomaniya və onun törətdiyi  sağalmaz fəsadlar, yüngül həyat tərzi keçirən, telefona aludə olaraq insanlıqdan, cəmiyyətdən uzaqlaşan gənclərin  ətrafdakı insanlara qarşı acımasız və biganə qalması  ilə qarşısı alınmaz təhlükədə olduqlarını çatdırmaqdan ibarətdir.

Tamaşanın müəllifi, rejissoru, musiqi tərtibatçısı, rəssamı teatrın aktyorlarıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.05.2019


DİGƏR XƏBƏRLƏR