XƏBƏRLƏR

Tələbələrimiz Gilan Tekstil Parkında ekskursiyada olub

Tələbələrimiz Gilan Tekstil Parkında ekskursiyada olub

14 dekabr 2021

Baxış sayı: 1519

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə təhsil alan tələbələri Sumqayıt şəhərində yerləşən Gilan Tekstil Parkında ekskursiyada olublar. Tələbələrə Riyaziyyat və informatika kafedrasının dosenti, t.e.n. Azər Hüseynov rəhbərlik edib.

İstehsal prosesi ilə tanışlıqdan əvvəl tələbələrə müəssisənin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2012-ci ildə fəaliyyətə başlayan Gilan Tekstil Parkında dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilir.

Tələbələr təhlükəsizlik tədbirləri ilə tanış olduqdan sonra iplik, toxuma, boya, tikiş kimi istehsalat sahələrini gəzib və istehsal prosesi ilə yaxından tanış olublar. Gilan Tekstil Parkının əməkdaşları tərəfindən tələbələrə müəssisədə tətbiq olunan müasir texnologiyalar haqqında məlumat verilib. Tələbələr burada tibbi maskaların hazırlanması prosesini də izləyiblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.12.2021

DİGƏR XƏBƏRLƏR