XƏBƏRLƏR

Tələbələrimiz sığınacaqda bir günlük təcrübə keçiblər

Tələbələrimiz sığınacaqda bir günlük təcrübə keçiblər

17 may 2022

Baxış sayı: 1299

Azərbaycan Universitetinin Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş və Gənclərlə iş ixtisası üzrə təhsil alan I kurs magistratura tələbələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi”ndə bir günlük təcrübə keçiblər.

Təcrübə zamanı magistrantlar sığınacağın bütün bölmələri və əməkdaşların iş prinsipləri ilə yaxından tanış olub, sığınacaqda təşkil edilmiş sosial xidmətin müxtəlif növləri və formaları istiqamətində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər. Sonda magistrantlar sığınacağın rəhbərliyinə yaratdıqları şəraitə görə öz minnətdarlıqlarını bildirib, belə təcrübə ekskursiyalarının onların mütəxəssis kimi formalaşmaları üçün xüsusi əhəmiyyət kəsb etməsini vurğulayıblar.

Görüş Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının professoru, “Sosial xidmət siyasəti” fənnini tədris edən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Mayis Əliyevin təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, tələbələr mütamadi olaraq daha yüksək ixtisaslı və rəqabət qabiliyyətli mütəxəssis kimi yetişmələri üçün dərsləri ilə yanaşı dərsdən kənar vaxtlarda müxtəlif təcrübə yerlərinə baş çəkir, təlim-treninqlərdə, elmi forumlarda, intellektual oyunlarda fəal iştirak edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.05.2022

DİGƏR XƏBƏRLƏR