XƏBƏRLƏR

İKT tələbələri “Heydər Əliyev – 100 : Mühəndislik Hakatonu” yarışmasında iştirak edir

İKT tələbələri  “Heydər Əliyev – 100 : Mühəndislik Hakatonu” yarışmasında iştirak edir

16 oktyabr 2023

Baxış sayı: 1085

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrindən ibarət “AU_1” komandası ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş universitetlərarası “Heydər Əliyev – 100 : Mühəndislik Hakatonu” yarışmasında iştirak edir. Komandaya fakültənin dekanı Asif Paşayev rəhbərlik edir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar kompüter elmləri və mühəndislik üzrə bilik yarışması – Hakaton, istedadlı gənc tələbələrin potensialını müəyyən etmək və onun qurucusu olduğu müasir Azərbaycan üçün elmi tərəqqi və innovasiyaları cəmiyyətin həyatına tətbiq etməyi təşviq etmək məqsədi ilə keçirilir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən hakatonda 21 ali təhsil müəssisəsi öz komandaları ilə iştirak edir. Hər komanda 4 əsas və 2 ehtiyat olmaqla 6 iştirakçıdan ibarətdir.

Komandanın üzvləri

  • Sənan İsmayılov (Kompüter mühəndisliyi)
  • Eyvaz Bayramov (Kompüter mühəndisliyi)
  • Flora Kərimova (Kompüter mühəndisliyi)
  • Amil Qasımov (Kompüter mühəndisliyi)
  • Ülvi Sadığzadə (İnformasiya texnologiyaları)
  • Abdulvahab Poladzadə (İnformasiya texnologiyaları)

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR