XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak ediblər

Azərbaycan Universitetinin tələbələri  “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak ediblər

14 noyabr 2022

Baxış sayı: 8174

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin tələbələri Zivər Məmmədova, Rəşad Kəlbiyev, Nahid Məmmədov, Ağaqulu Əliyev, Əhməd Nəzərli və Musa Xambatlı “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında iştirak ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə artıq ənənəyə çevrilən və bu il səkkizincisi keçirilən  yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib. Azərbaycan Universitetinin komandası ilk onluqda, 9-cu yerdə qərarlaşıb. 

Qeyd edək ki, layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. Bilik yarışının iştirakçıları “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.

Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Qaydalara əsasən, münsiflər heyəti hər düzgün cavabı bir xalla qiymətləndirir və ümumi xallar üzrə qalib komanda müəyyənləşir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR