XƏBƏRLƏR

Tələbələrin Heydər Əliyevə həsr olunmuş təqdimatları nümayiş olunub

Biznes və iqtisadiyyat fakültəsinin ingilis dili üzrə hazırlıq qruplarında oxuyan tələbələrinin ümummilli lider Heydər Əliyevə həsr etdikləri  təqdimatların nümayişi təşkil olunub. İngilis dilində hazırlanan təqdimatlarda ümummilli lider Heydər Əliyevin ömür yoluna nəzər salınıb, irsi, ideyaları, gördüyü işlər öz əksini tapıb. 

Təqdimatlarda vurğulanıb ki, ümummilli liderin atdığı hər addım, gördüyü hər iş Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanmasına, əbədi və dönməz olmasına xidmət edib. Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edən ümummilli lider öz xalqını tarixin mürəkkəb sınaqlarından uğurla çıxarıb. 

Tədbir 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr  2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq Xarici dillər kafedrası tərəfindən təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR