XƏBƏRLƏR

Tələbəmiz Azər Rzayevin Almaniya təəssüratları

Tələbəmiz Azər Rzayevin Almaniya təəssüratları

11 noyabr 2021

Baxış sayı: 1521

Hamıya salam.

Mən Azərbaycan Universitetinin kompüter mühəndisliyi üzrə magistratura ikinci kurs tələbəsiyəm. Hazırda  Almaniyanın Remagen şəhərində, “Koblenz University of Applied Sciences, RheinAhrCampus”da Erasmus+ mübadilə proqramı ilə təhsil alıram. Artıq ikinci semestrdir ki, Almaniyadayam. Bu semestrdən başlayaraq  akademik təcrübə proqramını universitetin “Sprachen/Internationales” departamentində müəllim asistenti (teaching assistant) olaraq davam etdirirəm.

Yaz semestrində dərslər pandemiya səbəbindən onlayn formatda davam etsə də, universitet artıq ənənəvi təhsil formasına qayıdıb. Burada müxtəlif ölkələrdən mübadilə proqramı ilə gələn tələbələr ilə birlikdə təhsil aldığım üçün proqram tamamilə mədəniyyətlərarası mühitdə tədris olunur.  

Proqram tələbələrin hərtərəfli inkişafına xidmət edir. Proqramda təhsil alan tələbələrə müxtəlif xarici dil dərsləri ödənişsiz olaraq təklif olunur. İlk semestrdən başlayaraq alman dili dərslərində iştirak edirəm, ikinci semestr ispan dili dərsini də götürürəm. Dərslər çox maraqlı və interaktiv tədris olunur.

Akademik təcrübə proqramının tərkibində çalışdığım müddətdə beynəlxalq tələbələr ilə bir neçə departamentdaxili layihədə çalışmışıq və bu layihələr bizim liderlik, layihələrin idarə olunması, komandada işləmək kimi bacarıqlarımızın formalaşması və inkişaf etməsində böyük rol oyanır. Xüsusən müxtəlif mədəniyyət və təcrübələrə sahib tələbələr ilə çalışmaq bizi tam olaraq peşəkar beynəlxalq iş mühitinə hazırlayır.

Burada dərsdənkənar vaxtların səmərəli keçirilməsi üçün də geniş imkanlar var. Təhsil aldığım müddətdə Avropa daxilində bir neçə ölkə və şəhərə səyahət etmək şansım olub. Fransa, Lüksemburq, Amsterdam, İspaniya, Belçika kimi ölkələrdə olmuşam.

Mübadilə tələbəsi olmaq böyük şansdır.

Hər kəsə tövsiyə edirəm.  

Almaniya, Remagen 2021

İctimaiyyətlə əlaqələr şöbəsi
11.11.2021

DİGƏR XƏBƏRLƏR