XƏBƏRLƏR

Tələbəmiz Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

Tələbəmiz Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

26 may 2022

Baxış sayı: 1029

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin Sosial iş ixtisası üzrə təhsil alan III kurs tələbəsi Cəsur Mədətzadə “Youth Dialouge 4 Social Change” mübadilə proqramı çərçivəsində Gürcüstanın Bakuriani şəhərində keçirilən “Youth Exchange” adlı beynəlxalq tədbirdə iştirak edib. Tədbir Azərbaycan, Gürcüstan, Danimarka, Polşa, Rumıniya və Ukrayna olmaqla 6 Avropa İttifaqı və tərəfdaş ölkələrdən olan gənclərin iştirakı və əməkdaşlığı ilə təşkil olunub. Cəsur Mədətzadə tədbirdə təşkilat komitəsinin üzvü qismində çıxış edib, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını təmsil edib.

Layihə çərçivəsində “sosial təcrid”, “təcrid olunmuş gənclər”, “gender bərabərliyi və migrant problemləri”, “gənclərin özləri üçün qeyri-formal təhsil dünyasını açması”, “gənclərin şəxsi bacarıqlarının inkişafı” və “gənclərin müsbət dəyişikliklər yaratmaq üçün sivil cəmiyyətin anlamlı bir hissəsi olması” kimi mövzularda müzakirə, komanda işləri və rol oyunları təşkil olunub.

Layihə çərçivəsində Azərbaycanın mədəniyyət gecəsi keçirilib. Layihə iştirakçıları bir-birlərinin mədəniyyəti və ənənələri ilə tanış olub, həmçinin ev sahibi ölkə Gürcüstanın Axaltsixe bölgəsi, Bakuriani, Borjomi və Tbilisi şəhərlərinin gəzməli-görməli yerlərinə səfər ediblər.

Layihənin məqsədi gəncləri vətəndaş cəmiyyətində daha fəal olmaq üçün gücləndirmək, onların şəxsi və peşəkar inkişafına lazım olan müxtəlif bacarıqları inkişaf etdirməyə həvəsləndirmək üçün onlara qeyri-formal təhsilin müxtəlif formalarını öyrətmək, təcrübədən keçirmək imkanı yaratmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.05.2022

DİGƏR XƏBƏRLƏR