XƏBƏRLƏR

Təlim və Tədris Mərkəzində növbəti seminar keçirilib

Təlim və Tədris Mərkəzində növbəti seminar keçirilib

24 aprel 2019

Baxış sayı: 4544

Azərbaycan Universitetində PETRA layihəsi çərçivəsində yaradılan Təlim və Tədris Mərkəzində seminarlar davam edir. Növbəti belə tədbir Azərbaycan Universitetinin tərcümə ixtisası üzrə təhsil alan bakalavriat tələbələri və Xəzər Universitetinin dilşünaslıq ixtisası üzrə təhsil alan magistratura tələbələri üçün təşkil olunub.

“İkimənalılıq və sosial şəbəkələrdə dil normalarını pozan qısaltmalar” mövzusuna  həsr olunan seminarı Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Milana Abbasova və Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Validə Kərimova aparıb.

Seminarda Milana Abbasova ilk öncə elmi tədqiqat işinin yazılması prosesində mövzu seçimi, tədqiqat işinin strukturu, yazılması qaydaları, elmi mənbələrdən istifadə barəsində iştirakçılara məlumat verib.

Daha sonra sosial şəbəkələrdə abreviatura, akronim, numeronim və piktoqramların istifadəsi nəticəsində yaranan ikimənalılıq və dil normalarının pozulmasından bəhs edilib.

Seminar mövzuya dair müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.04.2019

DİGƏR XƏBƏRLƏR