XƏBƏRLƏR

TGT sədri Rəsul Dadaşov “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib

TGT sədri Rəsul Dadaşov “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib

02 fevral 2024

Baxış sayı: 618

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Rəsul Dadaşov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib. TGT sədri 2023-cü il - “Heydər Əliyev İli” ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində nümunəvi iştirakına görə bu ada layiq görülüb. Təşkilatın sədr müavini Xalid Qafarov isə tədbirlərin təşkilində fəal iştirakı və ümumi fəaliyyəti üzrə ATGTİ tərəfindən “İlin TGT nümayəndəsi” nominasiyası üzrə təltif olunub.

Mükafatlar tələbələrimizə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilən Tələbə Gənclər Təşkilatlarının Respublika Forumunda təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı 2006-cı ildə təsis olunub. Rəsul Dadaşovun “İlin Tələbə Gənclər Təşkilatı sədri” adına layiq görülməsi təşkilatın tarixində ilkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR