XƏBƏRLƏR

Tünzalə Verdiyevanın monoqrafiyası çap olunub

Tünzalə Verdiyevanın monoqrafiyası çap olunub

30 dekabr 2021

Baxış sayı: 1994

Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyevanın “Autizm sindromlu uşaq və yeniyetmələrin sosial adaptasiyasının pedaqoji-psixoloji əsasları”adlı  monoqrafiyası Azərbaycan Universitetinin Elmi Şurasının 25 oktyabr 2021 ci il tarixli İclasının (02№-li protokol) qərarı ilə çap olunub.

Monoqrafiyada autizm probleminin mahiyyəti, tarixi, mövcud vəziyyəti araşdırılıb və autizm sindromlu uşaq və yeniyetmələrin cəmiyyətə adaptasiyası yolları, özünüdərk imkanları göstərilib. Autizmin yaranma səbəbləri, onun diaqnostika və korreksiyası barədə tədqiqat da monoqrafiyada öz əksini tapıb.  

Monoqrafiyada problemin tarixi, mahiyyəti və ədəbiyyatda qoyuluşu haqqında geniş araşdırma aparılıb. Autizm sindromlu uşaq və yeniyetmələrin təlim-tərbiyəsi sahəsində mövcud vəziyyətin öyrənilməsi barədə məlumat verilib. Autizm sindromlu uşaq və yeniyetmələrin inkişaf xüsusiyyətləri, məktəb həyatına və təlim fəaliyyətinə adaptasiyasının psixoloji xüsusiyyətləri və onların inkişafına təsir edən amillər tədqiq edilib.

Monoqrafiyada autizm sindromlu yeniyetmə oğlan və qızların gender təsəvvürləri haqqında məlumat da öz əksini tapıb. Autizm sindromlu yeniyetmələrin sosial dezadaptasiyası və ona təsir edən amillər, eləcə də ailədaxili münasibətlər və yeniyetmələrin psixi sağlamlığına onun təsiri barədə geniş məlumat verilib.

“Elm və təhsil”nəşriyyatında çap olunan kitab ali məktəblərin pedaqogika, psixologiya və sosial iş ixtisaslarında dərs deyən müəllimlər, təhsil alan bakalavr, magistr, doktorant və dissertantlar, həmçinin bu sahə ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.12.2021

DİGƏR XƏBƏRLƏR