XƏBƏRLƏR

Turizm ixtisaslarında oxuyan tələbələrimiz Qobustanda ekskursiyada olublar

Azərbaycan Universitetinin turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələri auditoriyadankənar dərslər qrafikinə uyğun olaraq “Qobustan Milli Tarixi-Bədii Qoruğu”nda ekskursiyada olublar. Ekskuriyanın məqsədi UNESCO-nun Ümumdünya İrs  Siyahısına Azərbaycandan daxil edilmiş mədəniyyət abidələri ilə tanışlıq olub.  

Qoruq ərazisində fəaliyyət göstərən muzeyin eksponatlarına baxış zamanı ekskursiya iştirakçılarına peşəkar bələdçilər tərəfindən ətraflı məlumat verilib.  Tələbələr semestr  ərzində əldə etdikləri nəzəri bilikləri burada praktiki olaraq həyata keçirib, ekskursiyanın gedişində Qobustan Qoruğu barədə maraqlı təqdimatlar ediblər.

Ekskursiya maliyyə və iqtisadiyyat kafedrasının müdiri, dosent Nəriman Böyükkişinin rəhbərliyində turizm üzrə ixtisas müəllimləri Nizami Hüseynov, Fərid Əhmədli və Qəhrəman Yusupov  tərəfindən təşkil edilib. Ekskursiyada universitetin turizmin iqtisadiyyatı ixtisası üzrə təhsil alan magistratura tələbələri Ülvi Süleymani və Nurlan Qurbanzadə də iştirak edib, iş həyatındakı təcrübələrini tələbələrlə bölüşüblər.  

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2022

DİGƏR XƏBƏRLƏR