XƏBƏRLƏR

Turizm tələbələri Miniatür Kitab Muzeyində ekskursiyada olublar

Turizm tələbələri Miniatür Kitab Muzeyində ekskursiyada olublar

31 oktyabr 2019

Baxış sayı: 3322

Azərbaycan Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan birinci kurs tələbələri Miniatür Kitab Muzeyində ekskursiyada olublar. Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunan ekskursiyada tələbələrə kafedranın müəllimi Aynur Həsənova rəhbərlik edib.

Tələbələr əvvəlcə muzeyin bölmələri ilə tanış olublar. Muzey əməkdaşları tərəfindən tələbələrə muzeyin tarixi, kitabların növləri və sərgilənən nadir kitablar haqqında ətraflı məlumat verilib, maraqlı faktlar təqdim olunub.

Müxtəlif növdə və mövzularda 8 minə yaxın miniatür kitabın nümayiş olduğu muzeydə daha çox diqqət cəlb edən kitablar arasında dünya və Azərbaycan ədəbiyyatının klassikləri, “Kitabi-Dədə Qorqud”, “Qurani-Kərim”, “Koroğlu” kitabları var. Azərbaycan bölməsində daha çox sərgilənən kitablar ölkənin hazırki və keçmiş dövlət başçıları barəsində yazılan kitablardır.

Qeyd edək ki, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.10.2019

DİGƏR XƏBƏRLƏR