XƏBƏRLƏR

Turizmçi tələbələr Balaxanı qəsəbəsində ekskursiyada olublar

Turizmçi tələbələr Balaxanı qəsəbəsində ekskursiyada olublar

02 oktyabr 2023

Baxış sayı: 706

Azərbaycan Universitetinin Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələri “Turizm işçiləri günü” peşə bayramı münasibətilə Balaxanı qəsəbəsində ekskursiyada olublar. Ekskursiyada tələbələrə Maliyyə və mühasibat kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Qəhrəman Yusupov rəhbərlik edib.

Ekskursiyaçılar ilk olaraq qəsəbədə fəaliyyət göstərən turizm informasiya mərkəzini ziyarət ediblər. Yerli bələdçilər tələbələrə Balaxanı qəsəbəsi və infotur mərkəzinin fəaliyyəti haqqında məlumat veriblər. Ekskursiya zamanı hər tələbə Balaxanı qəsəbəsinə aid olan tapşırılmış mətni səsləndirib. Mətnlər qəsəbənin yaranma tarixi, mədəniyyəti, yerli mətbəxi, neft sənayesinin inkişafı, burada mövcud olmuş bəhai dini təriqəti, vaxtilə qəsəbə  məktəbində işləyən satirik şair Mirzə Ələkbər Sabirin və xeyriyyəçi tanınmış şəxslərin həyat və fəaliyyətini əhatə edib.

Ekskursiya zamanı Qəhrəman Yusupov tələbələrə Balaxanı qəsəbəsində təmir-bərpa işlərinin aparılması, orta əsrlərdən qalma su ovdanı və hamam barədə məlumat verib.

Sonda xatirə şəkili çəkdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR