XƏBƏRLƏR

Turizmçi tələbələr Xalça Muzeyi və “Suraxanı” gəmi-muzeyində olublar

Azərbaycan Universitetinin Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi 18 may - Beynəlxalq Muzeylər Günündə Xalça Muzeyini və “Suraxanı” gəmi-muzeyini ziyarət edib. Tələbələrə Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Qəhrəman Yusupov rəhbərlik edib. 

Xalça muzeyinin eksponatlarının zənginliyi,  xalçaların növ müxtəlifliyi və rəngarəngliyi tələbələri heyran edib. Gəmi-muzeydə isə onlar Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, naviqasiya alətləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanış olub, Azərbaycanda dəniz nəqliyyatının inkişafı barədə video-çarxa baxıblar. 

Müəllim və tələbələrimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrda da olublar. Teatrın direktor müavini Hüseyn Hüseynov teatrın yaranma tarixi və repertuarı barədə məlumat verib, teatrın iş otaqlarını və truppanın məşq prosesini izləməyə şərait yaradıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR