XƏBƏRLƏR

Ülviyyə Rəhimovanın məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda dərc olunub

Ülviyyə Rəhimovanın məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda dərc olunub

24 noyabr 2021

Baxış sayı: 1741

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Rəhimovanın “Author: “to be and not to be” adlı elmi məqaləsi “Web of Science” bazasında indekslənən “Universidad & Sociedad” elmi jurnalında çap olunub.

Məqalədə müəllif konsepsiyası ilə bağlı elmi nəzəri müddəalar müxtəlif dövrlər üzrə bədii sənətkarlıq kontekstində analizə cəlb olunur, “müəllifin ölümü” metaforasının təhkiyə nəzəriyyəsində necə təsbit olunması üzə çıxarılır. Qeyd olunur ki, XIX əsrdə romantizmin estetikası yaradıcılıq prosesinin fərdi-başlanğıcın mütləqləşdirilməsinə can atmışdır. Lakin onunla təxminən eyni zamanda meydana gələn klassik realizmdə obyektiv gerçəklik subyektiv başlanğıcı üstələmiş ədəbi-bədii nümunənin ideya-məzmununa, strukturun prinsiplərini müəyyənləşdirən əsas faktora çevrilməmişdir. Əlbəttə, bu o demək deyildir ki, yaradıcı fərd tamamilə yoxa çıxır. Xeyr, o yoxa çıxmır, sıxışdırılaraq fərdi üsluba müncər olunur. Bu tendensiya modernizmin bütün istiqamətlərində bu və ya digər şəkildə özünü büruzə verir və faktiki olaraq modernizmin “son çabası” olan “yeni roman”da tamamilə yoxa çıxır. Bu baxımdan xüsusilə XIX-XX əsrlərdə ədəbi prosesin tarixi müəllifin tədrici “intiharı” kimi səciyyələndirilə bilər. Postmodernizmdəki müəllifin ölümü problemi Şekspirin olum ya ölüm aforizminə yeni həyat verdi: Görəsən həqiqətən Rolan Bartın dediyi kimi son nöqtəni qoyan müəllif əsərdə “ölür”, yaxud oxucunun bərpa etdiyi mətndə fərqli ömürlə yaşamaqda davam edir?

Jurnala keçid: https://rus.ucf.edu.cu/index.php/rus/issue/view/66  

Məqaləyə keçid: https://rus.ucf.edu.cu/index.php/rus/article/view/2083/2067

İctimaiyyətlə əlaqələr şöbəsi
24.11.2021

DİGƏR XƏBƏRLƏR