XƏBƏRLƏR

Ümumdünya Talassemiya Məlumatlandırma Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Talassemiya Məlumatlandırma Gününə  həsr olunmuş tədbir keçirilib

06 may 2022

Baxış sayı: 1244

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən 8 May – Ümumdünya Talassemiya Məlumatlandırma Gününə həsr olunmuş “Qan ver və onların qəhrəmanlarından biri də sən ol!” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri p.ü.f.d. Tünzalə Verdiyeva açaraq Ümumdünya Talassemiya Məlumatlandırma Gününün tarixi, mahiyyəti və ənənəvi olaraq hər il keçirilməsi haqqında məlumat verib.

Tədbirin moderatorluğunu klubun sədri və Sosial iş ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Ələkbərov edib. O bildirib ki, biz təkcə bugün deyil hər zaman talassemiyadan əziyyət çəkən şəxslərə dəstək olmalıyıq.

Tədbirdə Azərbaycan Universitetinin dissertantı, həkim Könül Əfəndiyeva “Talassemiya xəstəliyinin klinik göstəriciləri”, Sosial işin təşkili kafedrasının müəllimi Firuzə Hüseynova isə “Talassemiya xəstəliyinin tibbi aspektləri” mövzusunda çıxış edib.

Çıxışlarda talassemiya xəstəliyinin formaları,  genetik ötürmə variantları,  həmçinin qohum evlilikləri və onun törətdiyi fəsadlar haqqında  tələbələrə ətraflı məlumat verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
06.05.2022

DİGƏR XƏBƏRLƏR