XƏBƏRLƏR

“Voice of books” qiraət klubunun növbəti görüşü keçirilib

“Voice of books” qiraət klubunun növbəti görüşü keçirilib

09 oktyabr 2023

Baxış sayı: 800

Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Voice of books” (Kitabların səsi) adlı qiraət klubunun növbəti görüşü keçirilib. Görüşdə ingilis yazıçısı Şarlotta Brontenin “Jane Eyre” adlı əsəri təhlil və müzakirə edilib.

Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədova və klubun rəhbəri Emiliya Əliyeva kluba yeni qatılan tələbələr üçün ingilis yazıçısı Şarlotta Brontenin həyat və yaradıcılığı barədə həm ingilis, həm də Azərbaycan dilində məlumat veriblər.

Daha sonra tələbələr Şarlotta Brontenin “Jane Eyre” adlı əsərini ingilis dilində təhlil ediblər. Təhlil zamanı onlar əsərin baş və digər qəhrəmanlarını müzakirə edərək baş verən hadisələrə öz nəzər nöqtələrindən fikirlərini bildiriblər. 

Görüşdə Humanitar fənlər fakültəsinin dekanı dosent Səfər Məmmədov və elmi kitabxananın müdiri Nailə Nağıyeva da iştirak edib. 

Qeyd edək ki, qiraət klubunda mütəmadi olaraq Azərbaycanın və dünyanın məşhur yazıçılarının yaradıcılıqları və əsərləri həm Azərbaycan, həm də ingilis dilində təhlil olunur. Beləliklə tələbələr tədris ilinin sonunda çoxlu sayda ədəbiyyat nümunələri ilə tanış olmaq imkanı əldə edirlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR