XƏBƏRLƏR
Xarici dillər kafedrasından “Təhsil gözləyə bilməz” flaşmobu
Azərbaycan Universitetinin növbəti pandemiya vebinarı Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilib. Kafedranın müdiri Samirə Məmmədovanın apardığı “The impact of Covid-19 on education” mövzulu vebinarda təqdimat və çıxışlar ingilis dilində olub.
Tədbirdə öncə pandemiyanın təhsildə yaratdığı problemlər, çıxış yolları və distant təhsil müzakrə olunub, daha sonra isə “Təhsil gözləyə bilməz” mövzusunda flaşmob nümayiş etdirilib.
Vebinarda qeyd olunub ki, pandemiya səbəbiylə xeyli müddətdir ki, milyonlarla şagird və tələbə tədrisdən kənarda qalıb. Karantin günlərində təhsildə davamlılığın təmin edilməsi məqsədilə dərslərin tədrisi rəqəmsal texnologiyalardan istifadə etməklə onlayn rejimdə aparılır. Bütün bunlar dünya təhsil sistemini postpandemiya dövründə yeni çağırışlar qarşısında qoyur.
Vebinara universitetin tələbələri də qoşularaq onlayn dərslərlə bağlı təcrübələrini bölüşüblər.
Qeyd edək ki, pandemiya vebinarları “Office 365” xidmətinin “Microsoft Teams” platforması üzərindən keçirilir. Növbəti bazar ertəsi günü – 4 may 2020 tarixində İctimai elmlər kafedrası tərəfindən təşkil olunacaq. Vebinarın mövzusu “Dünya tarixində kütləvi epidemiyalar: Koronavirus (Covid -19) pandemiyasının oxşar və fərqli cəhətləri”, başlama saatı isə 13.30-dur.
Tədbirdə iştirak etmək istəyən müəllim və tələbələr kafedra ilə əlaqə saxlaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
02.05.2020