XƏBƏRLƏR

Xarici dillər kafedrası “Yazı” dərslərinin təkmilləşdirilməsi ilə bağlı təlim təşkil edib

Xarici dillər kafedrası “Yazı” dərslərinin  təkmilləşdirilməsi ilə bağlı təlim təşkil edib

12 fevral 2024

Baxış sayı: 668

Azərbaycan Universitetinin Xarici dillər kafedrası xarici dillərin, o cümlədən ingilis dilinin tədrisində yeni və müasir beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiq edilməsi məqsədilə təlimləri davam etdirir. Növbəti belə təlim “Yazı” (Writing) dərslərinin təkmilləşdirilməsinə həsr olunub. 

Kafedranın müəllimi Sənubər Həmidlinin apardığı akademik yazı (Academic Writing) haqqında ümumi məlumat verilib. Yaz semestrində dilin aşağı - orta səviyyəsində (pre-intermediate level) tədris ediləcək yazı növlərindən biri olan “descriptive paragraph” haqqında təqdimat nümayiş olunub. Bu yazı növünün strukturu, məzmunu və digər elementləri nəzərdən keçirilib və qiymətləndirmə meyarları müzakirə olunub. 

Təlimdə eyni zamanda “Yazı” (Writing) dərslərinin daha məhsuldar olmasını təmin edən müasir üsul və metodlar nəzərdən keçirilib. Növbəti təlimin “Danışıq” (Speaking) dərsləri ilə əlaqədar olması nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR