XƏBƏRLƏR
Xarici dillər kafedrası inzibati heyət üçün “Conversation Club” təşkil edib
Xarici dillər kafedrasının təşəbbüsü ilə universitetin inzibati heyət üzvləri və müəllimləri üçün “Conversation Club” təşkil olunub. Sessiyanın moderatoru ABŞ hökumətinin maliyyələşdirdiyi “Fulbright” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinin pedaqoji heyətinə qoşulan və Xarici dillər kafedrasında müəllim assistenti kimi çalışan Johnae Spain olub.
Tanışlıq xarakteri daşıyan görüş “Mənim bir günüm” mövzusuna həsr olunub. İştirakçılar özlərini təqdim edib, gündəlik işləri, maraq dairələri, hobbiləri haqqında məlumat veriblər. Sessiya mövzu ətrafında söhbət və fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, sessiya inzibati heyət üzvlərinin və müəllimlərin ingilis dilində danışıq bacarıqlarını irəlilətmək, həmçinin iştirakçılar üçün sərbəst ünsiyyət mühiti yaratmaq məqsədilə keçirilib. “Conversation Club” sessiyalarının yaz semestrinin sonunadək təşkil olunması planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi
