XƏBƏRLƏR

Zəfər Gününə həsr olunmuş vebinar keçirilib

Zəfər Gününə həsr olunmuş vebinar keçirilib

03 noyabr 2021

Baxış sayı: 1602

Azərbaycan Universitetində Zəfər Günü tədbirləri çərçivəsində “Qələbəmizin rəmzi: güclü iqtisadiyyat, güclü ordu, güclü dövlət” mövzusunda vebinar keçirilib. Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən təşkil olunan tədbirdə qeyd olunub ki, bir il bundan əvvəl 27 sentyabrda başlayan “dəmir yumruq” əməliyyatı müasir Azərbaycan tarixində yeni bir səhifə açıb. Ölkəmizin bütün dünyaya səs salan 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsinin sevincini böyük qürurla yaşayırıq.

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev böyük zəfərin müxtəlif aspektlərdən tədqiqnin başlanğıc mərhələsində olduğunu bildirib. Professor qeyd edib ki, dövlətimiz indi Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışa köklənib. Bu böyük amala xidmət edən iqtisadi layihələr, həyata keçirilən irimiqyaslı bərpa, quruculuq və abadlıq işləri hazırda yüksək səviyyədə və uğurla davam etdirilir.

Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişinin çıxışı Azərbaycanın 30 ilə yaxın müddət ərzində işğalçı ölkə üzərində qələbəsini təmin edən iqtisadi əsaslara və ordu quruculuğuna həsr olunub. Kafedra qeyd edib ki, Azərbaycan xalqı və Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad olunması,  ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində tam və qəti qələbəyə nail olaraq həyata keçirib. Nəriman Böyükkişi işğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı və turizm baxımından böyük imkanlara malik olduğunu, dövlətimizin Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl bölgələrindən birinə çevirmək əzmində olduğunu da sözlərinə əlavə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.11.2021

DİGƏR XƏBƏRLƏR