Haqqında

İpək yolu (ISSN 1810-911X) – maliyyə və iqtisadiyyat sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən, ciddi rəyləşdirilmiş məqalələri dərc edən elmi jurnaldır. Jurnal həmçinin daxili və xarici iqtisadi siyasətin aktual məsələləri, dünya və Azərbaycan iqtisadiyyatının müasir tendensiyaları, bazar iqtisadiyyatının formalaşması, tarixi kontekstdə iqtisadi nəzəriyyə məsələləri, eləcə də iqtisadi fənlərin tədris metodiki materiallarına həsr olunan elmi məqalələri, qısa icmalları qəbul edir.

İpək yolu elmi jurnalının ikinci istiqaməti filologiya elmlərinə həsr olunmuş elmi məqalələrdir. Jurnal yerli və xarici  tədqiqatçıların azərbaycan, ingilis və rus dillərində  təqdim olunan elm sahələrinin yeni və aktual problemlərinə həsr olunmuş  məqalələri dərc edir.